Menyu

"Qarabağ" yeni oyunçu transfer edəcək? - Qurban Qurbanov açıqladı

Operativ Media
"Qarabağ" yeni oyunçu transfer edəcək? - Qurban Qurbanov açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov transfer planlarından danışıb.

Operativ Media xəbər verir ki, o bu haqda Antalyada "CBC Sports" kanalına müsahibəsində deyib.

Təcrübəli mütəxəssis bildirib ki, hazırda qarşısına qoyduğu əsas və vacib hədəflərdən biri məhz heyətin gücləndirilməsidir.

Qurbanovun sözlərinə görə, bir neçə transfer etmək niyyəti var və bu istiqamətdə aktiv iş aparılır:

“İnanın ki, hazırda qarşıma qoyduğum bir neçə vacib və həyata keçirilməsi nəzərdə tutulan işlərdən biri transfer məsələsidir. Əslində çox istərdim ki, bir neçə transfer reallaşdıraq. Danışıqlar gedir, axtarışlar aparılır və müəyyən qədər uğurlu olan görüşlərimiz də var. Qarşıdakı günlərdə bu mövzuya yenidən daha geniş şəkildə qayıdacağıq”.

Baş məşqçi yaxın günlərdə transferlərlə bağlı daha ətraflı məlumat veriləcəyini də istisna etməyib.

Əlaqəli Xəbərlər