Qurban Qurbanov: “Qara Qarayev bir neçə il də futbolçu kimi davam edə bilərdi”
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Qara Qarayevin Azərbaycanın U-21 millisində mümkün fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, o, bu haqda Antalyada "Neftçi" ilə oyundan sonra "CBC Sports" kanalına müsahibəsində deyib.
Təcrübəli mütəxəssis bildirib ki, Qara Qarayev gənclər millisinin inkişafına ciddi töhfə verə bilər: “Qara Qarayev U-21 millimizə yalnız fayda verə bilər. Başqa cür düşünməyə heç bir ehtiyac yoxdur. O, bir neçə il də futbolçu kimi çıxış edə bilərdi. Lakin karyerasını erkən başa vurubsa, məşqçilik sahəsində də daha tez təcrübə qazana bilər. Bu isə onun gələcək karyerası üçün daha faydalı olacaq”.
Qurban Qurbanovun sözlərinə görə, Qara Qarayevin məşqçilik fəaliyyətinə erkən başlaması onun perspektivləri baxımından müsbət addımdır.