Maykl Kerrik “Mançester Yunayted”in baş məşqçisi olur
Operativ Media
“Mançester Yunayted” Maykl Kerriklə qısamüddətli müqavilə imzalamağa hazırlaşır.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, klub Kerrik və onun məşqçilər heyəti ilə razılıq əldə edib və bu qərar rəhbərlik tərəfindən təsdiqlənib. Rəsmi prosedurların yaxın günlərdə tamamlanacağı bildirilir.
Məlumata görə, 42 yaşlı mütəxəssis mövsümün sonunadək qüvvədə olacaq müqaviləyə imza atacaq. Son 48 saat ərzində əsas namizəd kimi ön plana çıxan Kerrikin təyinatının tezliklə rəsmən açıqlanacağı gözlənilir.