Menyu

Serbiya İşəgötürənlər Assosiasiyası ilə ASK arasında Anlaşma Memorandumu imzalanıb

Operativ Media
Serbiya İşəgötürənlər Assosiasiyası ilə ASK arasında Anlaşma Memorandumu imzalanıb

Serbiya İşəgötürənlər Assosiasiyası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası məlumat yayıb.

Memorandum işəgötürən təşkilatları arasında institusional əlaqələrin gücləndirilməsini, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin dərinləşdirilməsini, eləcə də biznes mühitinin və məşğulluq siyasətinin inkişafına töhfə verilməsini hədəfləyir.

Sənədə əsasən, tərəflər aşağıdakı əsas əməkdaşlıq istiqamətləri üzrə birgə fəaliyyət göstərəcəklər:

Hər iki ölkədə işəgötürənlərə təsir edən iqtisadi, əmək və məşğulluq siyasəti, tənzimləyici çərçivələr və biznes mühitinin inkişafı ilə bağlı məlumat və təhlil mübadiləsinin aparılması;

Müvafiq qanunvericilik aktları və siyasət təşəbbüsləri barədə qarşılıqlı məlumatlandırmanın təmin edilməsi;

İşəgötürənlərin baxış bucağından ikitərəfli əməkdaşlığın inkişafına maneələrin müəyyənləşdirilməsi və bu maneələrin aradan qaldırılması üçün müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində təklif və tövsiyələrin hazırlanması;

İşəgötürən təşkilatları ilə əlaqəli tematik forumlar, konfranslar və peşəkar tədbirlərdə üzvlərin iştirakının təşviq edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi.

İmzalanmış Memorandum Azərbaycan və Serbiya işəgötürənləri arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə, biznes dairələri arasında əlaqələrin genişlənməsinə və hər iki ölkədə dayanıqlı iqtisadi inkişafın təşviqinə xidmət edəcək.

Əlaqəli Xəbərlər