Menyu

Yeni 10 metro stansiyasının yerləri - VİDEO

Operativ Media 51421 baxış
Yeni 10 metro stansiyasının yerləri - VİDEO

Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir. Hazırda metropolitenin ən zəif inkişaf etmiş xətlərindən biri bənövşəyi xətdir. Cəmi dörd stansiyadan ibarət olan bu xətt ümumi sərnişin axınının təxminən 3 faizini daşıyır. Məhz bu səbəbdən əsas inkişaf planları bənövşəyi xətt üzrə nəzərdə tutulub. Yeni stansiyalar Nizami ərazisində yaşıl xətlə, “Sahil” stansiyası ərazisində isə qırmızı xətlə kəsişmə yaradacaq. Bu isə Sumqayıt və Xırdalan istiqamətindən gələn sərnişinlərə şəhər mərkəzinə çıxmadan marşrutlarını dəyişmək imkanı verəcək.

Operativ Media xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq bənövşəyi xətt üzrə bu il istifadəyə veriləcək bir stansiya (şərti adı B4) 1 saylı Mərkəzi Klinik Xəstəxananın arxasında yerləşəcək:

"Ondan sonrakı stansiya Nizami metrostansiyasının yaxınlığında inşa olunacaq. Daha bir stansiya “Sahil” metrostansiyasının yaxınlığında yerləşəcək. Növbəti stansiya “Port Baku” kimi tanınan ərazinin yaxınlığında planlaşdırılır. Xətai stansiyasında əlavə bir keçid stansiyası yaradılacaq, Babək prospekti üzərində isə daha bir stansiya inşa ediləcək.

Yaşıl xətt üzrə Xətaidən sonrakı stansiyalar Nizami Gəncəvi adına parkın yaxınlığında, “Ağ Şəhər” layihəsinin hazırda inkişaf edən hissəsində yerləşəcək. Y15 stansiyası 8 Noyabr prospektindən NZS qəsəbəsinə dönən hissədə inşa olunacaq. Nargilə dairəsi və ya keçmiş Bakı Avtomobil Zavodunun yaxınlığında daha bir stansiyanın tikintisi nəzərdə tutulur. Nəhayət, Dövlət Proqramına uyğun olaraq Həzi Aslanov metrostansiyasına keçid funksiyasını daşıyacaq yeni bir stansiya da inşa ediləcək".

Ətraflı videoda:

Əlaqəli Xəbərlər