Menyu

Ölkəmizdə IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək!

Operativ Media
Ölkəmizdə IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək!

“Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək. Dördüncü dəfə baş tutan zirvə son 3 il ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən peşəkarlar üçün etibarlı bilik və müzakirə platformasına çevrilib.

Operativ Media xəbər verir ki, zirvənin əsas müzakirə mövzularını formalaşdırır. “Bahalı səhvlər” konsepti ilə keçirilən tədbir, maliyyə, əmək münasibətləri və vergi sahəsində risklərin səbəblərini, nəticələrini və qarşısının alınması yollarını ekspert baxışları və real praktika əsasında gündəmə gətirir. Tədbirin əsas məqsədi maliyyə, əmək və vergi sahələrində uçot proseslərinə gələcək yönümlü yanaşmaları müzakirə etmək, praktik həll yollarını ön plana çıxarmaqdır.

Sürətlə dəyişən qanunvericilik, artan maliyyə və vergi riskləri, eləcə də bir baxışda kiçik görünən, lakin ciddi maliyyə nəticələrinə səbəb olan səhvlər tədbirin əsas müzakirə mövzularını formalaşdırır. Həmçinin, biznes mühitində qarşıya çıxan risklərin daha düzgün dəyərləndirilməsi və idarə olunması mövzusuna fokuslanır.
Tədbir çərçivəsində üç əsas panel üzrə müzakirələr aparılacaq.

Birinci panel “Maliyyə riskləri və uçot” mövzusuna həsr olunacaq və maliyyə qərarlarında risklərin rolu, uçotun düzgün qurulması məsələləri müzakirə ediləcək.

İkinci paneldə “Əmək münasibətlərində uçot riskləri” mövzusu ətrafında əmək münasibətlərində yaranan uçot problemləri və uyğunluq riskləri diqqət mərkəzində olacaq. Üçüncü panel isə “Vergi riskləri” mövzusunu əhatə edərək vergi sahəsində qarşıya çıxan risklər və onların qabaqlanması yollarına fokuslanacaq.

Qeyd edək ki, ölkəmizdə dördüncü dəfə təşkil olunan bu zirvə vergi və mühasibatlıq sahəsində peşəkarların bir araya gəlməsi üçün əvəzsiz platforma rolunu oynayır.

Tədbir iştirakçılara yalnız bilik və təcrübə qazandırmır, həm də sahədə risklərin vaxtında və düzgün idarə olunmasının vacibliyini nümayiş etdirir. Zirvə çərçivəsində təqdim olunan real nümunələr və ölkəmizdə mühasibatlıq və vergi sahəsinin inkişafına, bilik mübadiləsi və peşəkar əlaqələrin möhkəmlənməsinə töhfə verir. Nəticədə, zirvə davamlı inkişaf və uğurun təmin olunmasına xidmət edən vacib tədbir kimi diqqət çəkir.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

Əlaqəli Xəbərlər