Menyu

Çin dünyada ilk Ay vaxtı ölçən proqram təminatını təqdim edib

Şəfa Hüseynli
Çin dünyada ilk Ay vaxtı ölçən proqram təminatını təqdim edib

Çin saatların daha sürətli işlədiyi Ayda dünyanın ilk vaxt ölçmə proqramını təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə "South China Morning" məlumat yayıb.

Bildirilib ki, yeni texnologiya Aydakı hadisələrin Yerdəki hadisələrlə dəqiq sinxronizasiyasına imkan verir və daha çox kosmik gəmi və peykdə işləyən insanlar üçün imkanlar açır.

"Aysal" vaxt izləmə proqramı dəqiq naviqasiya və eniş üçün hazırlanmış bir vasitədir.

Zəif cazibə qüvvəsi səbəbindən Aydakı saatlar Yerdəki saatlardan daha sürətli  (gündə təxminən 56 milyonda bir saniyə) işləyir.

Əlaqəli Xəbərlər