Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah”, “Şamaxı” və “Sumqayıt” klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.