Menyu

Polipropilen ixracı üzrə göstəricilər açıqlanıb

Operativ Media
Polipropilen ixracı üzrə göstəricilər açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədən 52,5 milyon dollar dəyərində 47,5 min tondan çox ilkin formalarda polipropilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 4 faiz və ya 2 milyon dollar, həcm baxımından isə 6,5 faiz və ya 2,9 min ton çoxdur.

Ümumilikdə 2025-ci ilin 11 ayında ölkədən dəyəri 2,969 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 12,1 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində polipropilen ixracının xüsusi çəkisi 1,77 faizə bərabər olub.


Əlaqəli Xəbərlər