Menyu

Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırıb

Nərmin Qocamanlı
Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırıb

Avropa Mərkəzi Bankı (AMB) üç əsas siyasət dərəcəsini 50 bənd artıraraq 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldırıb.

"Operativ Media" xəbər verir ki, ECB-nin verdiyi açıqlamada Bankın üç əsas siyasət faizini 50 bənd artırdığı bildirilib.

Qeyd olunub ki, yenidən maliyyələşdirmə dərəcəsi 3,50 faiz, depozit dərəcəsi 3 faiz, marjinal maliyyələşdirmə dərəcəsi isə 3,75 faizə çatdırılıb. Beləliklə, ECB-nin faiz dərəcələri 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.

Qeyd edək ki, bank üç əsas siyasət dərəcəsini iyulda 50 baza bəndi, sentyabr və oktyabr aylarında 75 baza bəndi, dekabr və fevral aylarında isə 50 baza bəndi artırmışdı.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər