Menyu

Livanın cənubunda BMT-nin 2 sülhməramlısı həlak olub

Operativ Media
Livanın cənubunda BMT-nin 2 sülhməramlısı həlak olub

Livanın cənubunda baş verən partlayış nəticəsində BMT-nin sülhməramlı missiyasının iki əməkdaşı həlak olub. Partlayışın başvermə səbəbi açıqlanmır.

Operativ Media xəbər verir ki, bu barədə sülhməramlı missiyanın bu gün yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, hadisə Bəni Həyyan yaşayış məntəqəsi yaxınlığında baş verib. Partlayış nəticəsində sülhməramlı missiyaya məxsus nəqliyyat vasitəsi məhv olub.

Məlumata görə, bu, son 24 saat ərzində qeydə alınan ikinci belə hadisədir. Bir gün əvvəl İsraillə sərhəd yaxınlığında mərminin partlaması nəticəsində 1 sülhməramlı həyatını itirib.

BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri Jan Pyer Lakrua jurnalistlərə açıqlamasında bildirib ki, son partlayışda həlak olan sülhməramlılar İndoneziya vətəndaşlarıdır.

Əlaqəli Xəbərlər