Menyu

"Gerçək vəd – 4" əməliyyatının 87-ci dalğası həyata keçirilib

Operativ Media
"Gerçək vəd – 4" əməliyyatının 87-ci dalğası həyata keçirilib

İran "Gerçək vəd – 4" əməliyyatının 87-ci dalğasını həyata keçirib.

Operativ Media xəbər verir ki, bu barərə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

" SEPAH Hərbi Dəniz Qüvvələri kəşfiyyat və əməliyyat tədbirləri nəticəsində ABŞ ilə İsrailin komandirlərinin toplandığı 4 obyekti məhv edib", - məlumatda bildirilib.

Həmçinin əlavə edilib ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Minhad bazasından kənarda yaradılan komandanlıq mərkəzi atəşə tutulub:

"Həmin mərkəzdə 200-dən çox amerikalı komandir və orta rütbəli zabit olub".

SEPAH digər kombinə edilən əməliyyat zamanı Bəhreyndəki əsas qarnizonun xaricində ABŞ-nin 5-ci Donanmasının komandirlərinin gizli yerləşmə yerinə dron hücumu edib.

Əlaqəli Xəbərlər