İran Dubay sahillərində neft tankerinə hücum edib
Operativ Media
Dubay limanında (BƏƏ) İran qüvvələri neft tankerinə hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası məlumat verib.
"Associated Press" isə məlumat yayıb ki, BƏƏ hakimiyyəti yanğının qarşısını almaq üçün çalışır.
Vurğulanıb ki, 24 heyət üzvünün hamısı təhlükəsizdir və xəsarət alanlar barədə məlumat yoxdur.
Britaniya ordusu tərəfindən idarə olunan Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi hücum barədə məlumat verərək gəminin Dubaydan 57 kilometr şimal-qərbdə olduğunu bildirib.
Naməlum mərmi tankerə sağ tərəfdən dəyib və nəticədə göyərtədə yanğın baş verib. Mərkəzdən verilən məlumata görə, ətraf mühitə heç bir mənfi təsir qeydə alınmayıb.