BƏƏ Dubay limanında neft tankerində baş verən yanğının söndürüldüyünü bildirib
Operativ Media
Dubay (BƏƏ) rəsmiləri Küveytə məxsus neft tankerinə endirilən zərbədən sonra yaranan yanğının söndürüldüyünü açıqlayıblar.
Operativ Media xəbər verir ki, əmirliyin mətbuat xidməti bu haqda bəyanat yayıb.
"Yanğınsöndürənlər Dubay limanında Küveyt tankerinin göyərtəsində baş vermiş yanğını uğurla ləğv ediblər". Dubay hakimiyyəti xilasedicilərin hazırda "vəziyyəti qiymətləndirməyə davam etdiklərini və bütün zəruri tədbirləri gördüklərini" vurğulayıb. Hadisə nəticəsində xəsarət alanlar barədə hələ də məlumat yoxdur.
Xatırladaq ki, daha əvvəl Qətərin "Al Jazeera" telekanalı İranın Dubay limanında neftlə dolu Küveyt tankerinə zərbə endirdiyi barədə məlumat yaymışdı.