Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb
Operativ Media
Qırğızıstanın İrandakı səfirliyi işini müvəqqəti olaraq dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunur: "Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi bildirir ki, Qırğızıstanın İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini müvəqqəti dayandırıb".
XİN hazırda İran ərazisində olan Qırğızıstan vətəndaşlarına yüksək dərəcədə ehtiyatlı olmağı, şəxsi təhlükəsizlik qaydalarına ciddi riayət etməyi, kütləvi toplaşma yerlərindən və potensial təhlükəli ərazilərdən uzaq durmağı, habelə yerli hakimiyyət orqanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi tövsiyə edib.