G7 ölkələri enerji bazarının sabitliyini təmin etmək üçün tədbirləri gücləndirəcək
Şəfa Hüseynli
G7 ölkələri enerji bazarında sabitliyi qorumaq üçün əlaqələndirilmiş tədbirlər görməyə hazır olduqlarını bildiriblər.
Operativ Media xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
G7 enerji və maliyyə nazirləri Yaxın Şərqdəki vəziyyətin enerji və əmtəə bazarlarına, inflyasiyaya və ümumi iqtisadi sabitliyə təsirini yaxından izlədiklərini bildiriblər.
Yayımlanan açıqlamaya görə, onlar enerji bazarlarının təhlükəsizliyini və sabitliyini təmin etmək üçün hər hansı zəruri tədbirləri görməyə hazırdırlar.