Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 110-a çatıb
Şəfa Hüseynli
Keniyanın bir neçə bölgəsində son zamanlar yağan güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Keniyanın Daxili İşlər və Milli Hökumət Koordinasiya Nazirliyinin məlumatına görə, 30-dan çox rayon güclü yağışların yaratdığı daşqınlar və digər təbii fəlakətlərdən zərər çəkib və bu da icmaların çətinlik çəkməsinə və vacib infrastruktura ciddi ziyan vurub.