Menyu

Türkiyə 5G-yə keçir

Şəfa Hüseynli
Türkiyə 5G-yə keçir

Türkiyədə 1994-cü ildə başlayan mobil rabitə 1 apreldə istifadəyə veriləcək və 5G ilə yeni bir ölçüyə çatacaq. 

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumatda bildrilib ki, bu, bir çox sahədə transformasiyaya səbəb olacaq və mobil internet sürəti 10 dəfəyə qədər artacaq. 

5G sistemlərini aktivləşdirən istifadəçilər 1 apreldən etibarən əhatə dairəsində 5G-dən istifadə edə biləcəklər.

Türkiyə 1G texnologiyası ilə 1986-cı ildə avtomobil telefonları vasitəsilə tanış olub. Mobil telefon zəngləri, məlumat ötürülməsi və SMS göndərilməsini təmin edən 2G texnologiyası isə 1994-cü ildə istifadəyə verilib.

5G xidmətləri 1 apreldə ilk siqnalın alınmasından sonra müəyyən bir cədvələ uyğun olaraq Türkiyə daxilində tətbiq olunacaq.

Əlaqəli Xəbərlər