Menyu

Litvada 34 qanunsuz miqrant saxlanılıb

Şəfa Hüseynli
Litvada 34 qanunsuz miqrant saxlanılıb

34 nəfərlik qanunsuz miqrant qrupu Belarusdan Baltikyanı respublikaya girməyə cəhd edərkən Litva sərhədçiləri tərəfindən saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"Saxlanılan və Belarusa geri aparılan qrupda 34 nəfər olub. Bu, bu il ən yüksək rəqəmdir. Əvvəlki rekord 25 martda 29 qanun pozucusu sərhədi keçməyə cəhd etmişdi", - deyə bəyanatda bildirilir.

Saxlanılanların sözlərinə görə, onlar Əlcəzair, Əfqanıstan, Pakistan, Somali və Eritreyadan gəliblər.

Əlaqəli Xəbərlər