Menyu

Türkiyədə şagirdləri daşıyan mikroavtobus aşıb: 11 nəfər yaralanıb

Şəfa Hüseynli
Türkiyədə şagirdləri daşıyan mikroavtobus aşıb: 11 nəfər yaralanıb

Türkiyənin Samsun əyalətinin  İlkadım rayonunda mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, mikroavtobus İstanbuldan Ordunun Ünye rayonuna gedərkən avtobus dayanacağının yaxınlığında aşıb.

Hadisə yerinə tibb briqadaları, yanğınsöndürənlər və digər təcili yardım xidmətləri gəlib.

İlkin məlumatlara görə, qəza nəticəsində aralarında şagirdlər də olmaqla 11 nəfər xəsarət alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər