Marmaris bələdiyyəsində rüşvət istintaqı çərçivəsində 4 nəfər həbs edilib
Şəfa Hüseynli
Türkiyənin Muğla əyalətində Marmaris Bələdiyyəsini hədəf alan rüşvət istintaqı çərçivəsində saxlanılan şübhəlilərdən dördü həbs olunub.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Həbs olunanlar arasında bələdiyyə sədrinin müavini və şəhərsalma şöbəsinin müdiri də yer alıb.
Marmaris Baş Prokurorluğu tərəfindən koordinasiya edilən istintaq çərçivəsində polis bölməsində prosedurları tamamlanan 13 şübhəli ədliyyəyə sövq edilib.