Çində ən böyük yük dronlarından biri ilk uçuşunu başa vurub
Şəfa Hüseynli
"Changying-8" ağır nəqliyyat pilotsuz təyyarəsi 31 martda Çində ilk nümayiş uçuşunu uğurla başa vurub.
Operativ Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, təyyarə hazırda dünyanın ən böyük yük dronlarından biridir. O, Henan əyalətinin paytaxtı Çjençjou hava limanında buraxılıb.
"Changying-8" uçuş-enmə zolağında sürətləndikdən sonra 280 metr havaya qalxıb. O, ağıllı idarəetmə, elektronika və yanacaq sistemi də daxil olmaqla bütün əsas sınaqlardan uğurla keçib.
Bu, Çin üçün 7 ton ağırlığında ağıllı pilotsuz nəqliyyat platformaları sahəsində əhəmiyyətli irəliləyişdir.