İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində İsrail konteyner gəmisinə raket zərbəsi endirib
Şəfa Hüseynli
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzində İsrail konteyner gəmisinə ballistik raket zərbəsi endirib.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Məlumata görə, İran İsrailin Hörmüz boğazından keçmək cəhdlərinin qarşısını almaq üçün raket və pilotsuz təyyarələrdən istifadə edəcək.
İİKK-nın mətbuat xidməti həmçinin İranın Küveytdəki Əhməd əl-Cabir hava bazasına, Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ Dəniz Piyadaları Korpusunun bazalarına və Bəhreyndəki hava limanı yaxınlığındakı Hawk hava hücumundan müdafiə sisteminə hücum etdiyini bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma