İtaliya ABŞ təyyarələrinin "Sigonella" hava bazasından istifadə etməsinə icazə verməyib
Şəfa Hüseynli
İtaliya ABŞ-nin Yaxın Şərqə göndərdiyi bəzi təyyarələrin Siciliya adasındakı "Sigonella" bazasından istifadə etməsinə icazə verməkdən imtina edib.
Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Guido Krosetto bildirib.
"Corriere della Sera"nın məlumatına görə, nazir Krosetto bildirib ki, ABŞ təyyarələrinin Yaxın Şərqə yola düşməzdən əvvəl "Sigonella" hava bazasına eniş etdiyini göstərən uçuş planı ortaya çıxdıqdan sonra bu təyyarələrin bazadan istifadəsinə icazə verilməyib.
ABŞ təyyarəsinin uçuş planına əsasən, "Sigonella" hava limanına eniş etməyi və daha sonra Yaxın Şərqə getməyi nəzərdə tutduğunu bildirilib.