CENTCOM: 3500 əsgərdən ibarət amfibiya hücum gəmisi Hind okeanındadır
Şəfa Hüseynli
Təxminən 3500 dənizçi və dəniz piyadasından ibarət qrupu daşıyan Amerika amfibiya hücum gəmisi "USS Tripoli" Hind okeanındadır.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, komandanlıq "USS Tripoli" gəmisinin hazırda İran sahillərindən nə qədər uzaqda olduğunu dəqiqləşdirməyib.
28 martda CENTCOM amfibiya hücum gəmisinin Mərkəzi Komandanlığın əməliyyat məsuliyyəti zonasına, əsasən Yaxın Şərqi əhatə edən əraziyə çatdığını bildirib.