Menyu

Fransada dizel yanacağının qiyməti son 40 ilin ən yüksək həddini keçib

Şəfa Hüseynli
Fransada dizel yanacağının qiyməti son 40 ilin ən yüksək həddini keçib

Fransada dizel yanacağının qiyməti 1985-ci ildən bəri ən yüksək səviyyəyə çatıb və litri 2,2 avroya çatıb.

Operativ Media xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.

Məlumata görə, Fransada dizel yanacağının qiymətləri ardıcıl beşinci həftədir ki, artmaqdadır. 

Dizel yanacağı Fransada ən çox istehlak edilən yanacaq növüdür və ölkənin ümumi yanacaq bazarının təxminən 68%-ni təşkil edir.

Buna səbəb kimi isə Yaxın Şərqdə baş verən münaqişə göstərilir.

Əlaqəli Xəbərlər