“B-1B Lancer” təyyarələrinin İncirlik bazasında fəaliyyəti ilə bağlı iddialar dezinformasiyadır
Operativ Media
Bəzi sosial media hesablarında yer alan ABŞ-yə məxsus "B-1B Lancer" bombardmançı təyyarələrinin İncirlik Hava Bazasında eniş və uçuş etməyə davam etdiyi ilə bağlı iddialar dezinformasiyadır.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb.
"Paylaşılan görüntü və videolar köhnə olub; planlaşdırılmış rutin təlim fəaliyyətlərinə aiddir. Aktual deyil. Mövcud regional münaqişələrlə də heç bir əlaqəsi yoxdur", - məlumatda bildirilib.
Bildirilib ki, görüntülərin yeni kimi təqdim edilməsi Türkiyənin bölgədəki sülhyönümlü mövqeyini zədələməyə və ölkəni mövcud münaqişələrin bir hissəsi kimi göstərməyə yönələn addımdır.
Vətəndaşlara səlahiyyətli rəsmi orqanlar xaricindəki mənbəyi naməlum iddialara və təxribat məqsədi daşıyan məzmunlara etibar etməmələri tövsiyə edilib.