Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Operativ Media
Böyük Britaniya müttəfiqlərin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
Tədbirlər çərçivəsində Böyük Britaniya Səudiyyə Ərəbistanında "Sky Sabre" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirəcək, həmçinin Qətərdə "Typhoon" qırıcılarının missiyasını uzadacaq.
Bundan əlavə, Bəhreyn və Küveytə əlavə bölmələr və HHM sistemləri göndərilib.