Tramp: Hörmüz boğazından istifadə edən ölkələr özləri onu açsınlar
Operativ Media
Boğazdan istifadə edən ölkələr özləri gedib onu açsınlar.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "The New York Post"a müsahibəsində vurğulayıb.
Onun sözlərinə görə, İranla müharibə başa çatmaq üzrədir, ABŞ isə hərbi obyektlərə zərbələr endirməyi davam etdirir.
Tramp qeyd edib ki, Vaşinqton İranın qalan hücum imkanları zərərsizləşdirilənə qədər fəaliyyətini davam etdirəcək.
"Düşünürəm ki, boğaz avtomatik açılacaq, lakin mənim mövqeyim belədir: mən ölkəni məhv etdim. Onların gücü qalmayıb və qoy bu boğazdan istifadə edən ölkələr özləri gedib onu açsınlar... çünki güman edirəm ki, neftə nəzarət edən kəs boğazı açmaqda çox maraqlı olacaq", - o deyib.