Netanyahu: İran hərbi proqramlara bir trilyon dollar xərcləyib
Operativ Media
İsrailin Baş naziri Benyamin Netanyahu İranın hərbi proqramlarına təxminən bir trilyon dollar xərclədiyini iddia edib.
Operativ Media xəbər verir ki, o bu barədə İsrail televiziyasında yayımlanan xalqa müraciətində bildirib.
Netanyahu Tehranın İsraili məhv etməyə və Yaxın Şərqdə üstünlük qazanmağa və qlobal təhlükə yaratmağa çalışdığını qeyd edib.
Baş nazirin sözlərinə görə, İran sərt sanksiyalara baxmayaraq, nüvə və raket proqramlarını inkişaf etdirməyə böyük maliyyə resursları yönəldib.
“İndi sizə demək istəyirəm ki, illər ərzində bütün bunlar İrana təxminən bir trilyon dollara başa gəlib. Artıq deyə bilərik ki, bu vəsait boşa xərclənib”, – deyə Netanyahu vurğulayıb.