Pakistanda şiddətli yağışlar 11 nəfərin ölümünə səbəb olub
Şəfa Hüseynli
Pakistanın Xayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 11 nəfər ölüb, 18 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əyaləti bürüyən güclü yağışlar kəndlərin su altında qalmasına və yolların bağlanmasına səbəb olub.
Yerli hakimiyyət orqanları bir neçə ərazidə ağacların yıxıldığını və infrastrukturun zədələndiyini bildirir. Davam edən yağışlar torpaq sürüşmələrinə səbəb olub və bir çox əsas yolları bağlayıb.