Əfqanıstanda daşqınlar və torpaq sürüşmələri nəticəsində 40-dan çox insan ölüb
Şəfa Hüseynli
Əfqanıstanda güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 42 nəfər ölüb, 66 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Əfqanıstanın "Ariana News" televiziya kanalı Milli Fəlakətlərin İdarə Edilməsi Orqanına istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, 25 martdan bəri ölkə daxilində davam edən şiddətli hava şəraiti nəticəsində ümumilikdə 476 yaşayış binası zədələnib və təxminən 290 hektar kənd təsərrüfatı sahəsi yuyulub.