Azərbaycan vətəndaşları da daxil olmaqla Gürcüstandan 103 əcnəbi vətəndaş deportasiya edilib
Şəfa Hüseynli
Son günlərdə görülən tədbirlər nəticəsində 103 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana, Konqo, Tayland və digər ölkələrin ümumilikdə 103 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.