Ana səhifə / Dünya / İran Qətərdə neft tankerini raketlə vurub İran Qətərdə neft tankerini raketlə vurub 01.04.2026, 11:17 Şəfa Hüseynli İrandan atılan raket Qətərin ərazi sularında neft tankerinə dəyib.Operativ Media xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.Məlumata görə, raketlərdən ikisi ələ keçirilib, üçüncüsü isə "QatarEnergy" şirkətinə icarəyə verilən tankeri vurub.Nazirlik bildirib ki, tankerin 21 nəfərlik heyəti təxliyə edilib. Xəsarət alan olmayıb.