Menyu

Lavrov Moskvada UNCTAD-ın baş katibi ilə görüş keçirəcək

Şəfa Hüseynli
Lavrov Moskvada UNCTAD-ın baş katibi ilə görüş keçirəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Moskvada Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspanla BMT-nin baş katibi vəzifəsinə namizədliyi kontekstində görüşəcək. 

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Qeyd edilib ki, Rusiya xarici işlər naziri Rebekka Qrinspana Rusiya tərəfinin BMT-nin ən yüksək vəzifəsinə namizədlərə qarşı irəli sürdüyü əsas tələblər barədə məlumat verəcək.

Əlaqəli Xəbərlər