Livanın cənubundakı əməliyyatlara komandanlıq edən şiə təşkilatı Hizbullahın hərbi lideri Yusif İsmayıl Haşim İsrailin Beyrutun Cnah məhəlləsinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
Operativ Media xəbər verir ki, bu barədə şiə təşkilatının adı açıqlanmayan nümayəndəsi "Əl-Cədid" televiziyasına bildirib.
Məlumata görə, Haşəm Hizbullahın İsrailə qarşı hücumlarının idarə edilməsində vacib rol oynayıb.