Tramp: "ABŞ-nin Yaxın Şərq neftinə ehtiyacı yoxdur"
Operativ Media
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Yaxın Şərq neftindən asılı olmadığını bəyan edib.
Operativ Media xəbər verir ki, Tramp bu haqda Ağ Evdə ABŞ və İsrailin İrandakı əməliyyatına həsr olunmuş xalqa müraciəti zamanı bildirib.
"Biz hazırda Yaxın Şərqdən tamamilə müstəqilik, lakin müttəfiqlərimizə kömək etmək üçün oradayıq. Orada olmağa məcbur deyilik, onların neftinə ehtiyacımız yoxdur. Onlardan heç nəyə ehtiyac duymuruq, lakin müttəfiqlərimizə dəstək olmaq üçün bölgədəyik", - deyə o, qeyd edib.