Menyu

ABŞ Prezidenti: "İranın hərbi dəniz və hava qüvvələri tamamilə məhv edilib"

Operativ Media
ABŞ Prezidenti: "İranın hərbi dəniz və hava qüvvələri tamamilə məhv edilib"

ABŞ Prezidenti Donald Tramp İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) və Hərbi Hava Qüvvələrinin (HHQ) sıradan çıxarıldığını, ölkənin raket potensialının isə tezliklə minimuma endiriləcəyini bəyan edib.

Operativ Media xəbər verir ki, Ağ Evdən xalqa müraciət edən dövlət başçısı ABŞ və İsrailin İrandakı birgə hərbi əməliyyatının gedişatı barədə bunları deyib:

"Məqsədlərimiz sadə və aydındır. Biz rejimin ABŞ-ı təhdid etmək və öz sərhədlərindən kənara güc proyeksiya etmək imkanlarını sistemli şəkildə darmadağın edirik. Bu, İran HDQ-nin tamamilə məhv edilməsi, onların HHQ və raket proqramına görünməmiş zərbələrin vurulması, habelə müdafiə sənayesi kompleksinin sıradan çıxarılması deməkdir. Biz bütün bunları etdik. Onların hərbi dəniz və hava qüvvələri artıq mövcud deyil. Raketləri isə tezliklə tükənəcək və ya məhv ediləcək".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər