ABŞ Prezidenti Donald Tramp yaxın iki-üç həftə ərzində Birləşmiş Ştatların İrana qarşı zərbələrini artıracağını bəyan edib.
Operativ Media xəbər verir ki, Ağ Evdən xalqa müraciət edən dövlət başçısı ABŞ və İsrailin İrandakı birgə hərbi əməliyyatına toxunaraq bildirib:
"Bu gün deyə bilərəm ki, biz qarşıya qoyulan bütün hərbi məqsədlərə tezliklə nail olmaq istiqamətində irəliləyirik. Yaxın iki-üç həftə ərzində onlara (İrana – red.) qarşı son dərəcə güclü zərbələr endirəcəyik, biz onları daş dövrünə geri qaytaracağıq".