Menyu

ABŞ Prezidenti: "Hörmüz boğazı vasitəsilə daşınan neftə ehtiyacımız yoxdur"

Operativ Media
ABŞ Prezidenti: "Hörmüz boğazı vasitəsilə daşınan neftə ehtiyacımız yoxdur"

ABŞ-nin Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərə ehtiyacı yoxdur. Orada gəmiçiliyin bərpası ilə bu marşrutdan neft nəqli üçün istifadə edən ölkələr məşğul olmalıdır.

Operativ Media xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ABŞ və İsrailin İrandakı əməliyyatı ilə bağlı xalqa müraciəti zamanı çıxış edib.

"ABŞ Hörmüz boğazı vasitəsilə demək olar ki, neft idxal etmir və gələcəkdə də bunu etməyəcək. Bu, bizə lazım deyil", – deyə Amerika lideri bildirib. O əlavə edib ki, nefti Hörmüz boğazı vasitəsilə alan ölkələr onun təhlükəsizliyinin qayğısına qalmalıdırlar.

Prezident vurğulayıb: "Onlar boğazı nəzarətə götürməli və onu qorumalıdırlar. Bunu asanlıqla edə bilərlər. Biz kömək edəcəyik, lakin asılı olduqları neftin mühafizəsində aparıcı rolu məhz həmin ölkələr oynamalıdır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər