Menyu

Tramp: "İran razılaşmadan imtina edərsə, onun neft infrastrukturu məhv ediləcək"

Operativ Media
Tramp: "İran razılaşmadan imtina edərsə, onun neft infrastrukturu məhv ediləcək"

ABŞ Prezidenti Donald Tramp Tehranın yeni saziş bağlamaqdan imtina edəcəyi təqdirdə, Birləşmiş Ştatların İranın elektrik stansiyalarını və neft infrastrukturunu məhv etməyə hazır olduğunu bəyan edib.

Operativ Media xəbər verir ki, Ağ Evdən xalqa müraciət edən dövlət başçısı ABŞ-nin İranın yeni rəhbərliyi ilə razılığa gəlməyə çalışdığını bildirib:

"İranın yeni rəhbərliyi daha az radikal və daha təmkinlidir. Lakin bu müddət ərzində razılıq əldə olunmasa, biz əsas hədəfləri diqqət mərkəzində saxlayacağıq. Saziş imzalanmasa, onların hər bir elektrik stansiyasına çox güclü zərbə endirəcəyik və ehtimal ki, bunu eyni vaxtda edəcəyik".

Tramp həmçinin neft sektoruna toxunaraq deyib: "Biz onların neft obyektlərinə zərbə endirməmişik. Halbuki bu, hədəflər arasında ən asanıdır, çünki belə bir addım onlara sağ qalmaq və ya bərpa olunmaq üçün kiçik bir şans belə buraxmazdı. Lakin biz bu zərbəni endirə bilərik, hər şey məhv edilər və onlar bunun qarşısında heç nə edə bilməzlər".

Əlaqəli Xəbərlər