Ukrayna prezidenti Stiv Uitkoff və Cared Kuşnerlə onlayn danışıb
Şəfa Hüseynli
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerlə onlayn danışıb.
Operativ Media xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında məlumat yayıb.
Danışıqlarda NATO-nun baş katibi Mark Rutte və ABŞ senatoru Lindsi Qraham da iştirak ediblər.
Tərəflər Ukrayna tərəfindən təklif olunan atəşkəs təklifini və Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.