Rusiya Azərbaycana təşəkkür edib
“Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə Ermənistana göndərilməsi hər kəs üçün faydalıdır və bunu daşımaların həcminin artması da sübut edir”.
Operativ Media xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Rusiya Dəmir Yolları”nın mütəxəssisləri cəmi bir neçə gün ərzində Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana daşınması barədə razılığa gəliblər. Otuz ildən sonra Ermənistana dəmir yolu ilə gələn ilk taxıl Rusiya olub. Artıq gübrələr gəlməyə başlayır, daşınan yüklərin çeşidi genişlənir. Bu, hər kəs - Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan üçün faydalıdır”, - baş nazirin müavini bildirib.
Overçuk qeyd edib ki, Rusiya hökuməti ölkələr arasında ticarətin inkişafında və yük axınının artırılmasında maraqlıdır: “Avrasiya İqtisadi Birliyinə üzv dövlətin blokadasının aradan qaldırılması ilə bağlı çox konstruktiv və effektiv əməkdaşlığa görə Azərbaycan və Gürcüstana minnətdarıq”.