Gürcüstan və Slovakiya prezidentləri təkbətək görüş keçirib
Şəfa Hüseynli
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Slovakiya Prezident Sarayında keçirilən üzbəüz görüşdə Gürcüstan və Slovakiya arasında uğurlu əməkdaşlıq və ölkələr arasında mövcud dialoqun dərinləşdirilməsi müzakirə olunub. İkitərəfli səfərlərin dinamikasının aktivləşdirilməsinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.