Menyu

Gürcüstan və Türkiyə kibermüdafiə sahəsində mövcud əməkdaşlığı müzakirə edib

Şəfa Hüseynli
Gürcüstan və Türkiyə kibermüdafiə sahəsində mövcud əməkdaşlığı müzakirə edib

Türkiyənin Kiber Müdafiə Komandanlığının komandanı polkovnik Metin Durmaz və Kiber Dəstək Batalyonunun komandiri mayor Çağrı Kayoğlu Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze və Kiber Təhlükəsizlik Bürosunun direktoru Luka Mgeladze ilə görüşüblər.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı Gürcüstan tərəfi Türkiyə Respublikasının nümayəndələrini Kibertəhlükəsizlik Bürosunun missiyası və fəaliyyəti ilə tanış edib. Tərəflər iki ölkə arasında kibermüdafiə sahəsində mövcud əməkdaşlıq və gələcək planları müzakirə ediblər. Kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinin və birgə təlimlərdə iştirakın vacibliyi qeyd edilib. Tərəflər həmçinin kiberməkanın əməliyyat ölçüsü kimi əhəmiyyətini müzakirə ediblər və əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər.

Səfər çərçivəsində Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kiber Müdafiə Komandanlığının və Gürcüstandakı Türkiyə Hərbi Attaşeliyinin nümayəndələri NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini (JTEC) də ziyarət edərək mərkəzin imkanları ilə tanış olub və infrastrukturu yoxlayıblar.

Əlaqəli Xəbərlər