Menyu

Quterreş ABŞ, İsrail və İrana çağırış edib

Operativ Media
Quterreş ABŞ, İsrail və İrana çağırış edib

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dərhal dayandırmağa və diplomatiyaya qayıtmağa çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə o, Nyu-Yorkda jurnalistlərə bildirib.

Baş katibin sözlərinə görə, ABŞ və İsrailin miqyaslı insan əzablarına gətirib çıxaran və artıq ciddi iqtisadi nəticələr doğuran hərbi əməliyyatları dayandırmağının vaxtı çoxdan çatıb. O, həmçinin İranı qonşu dövlətlərə hücumlardan imtina etməyə çağırıb.

Quterreş vurğulayıb ki, münaqişələr öz-özünə başa çatmır - onlar yalnız liderlər dağıntı əvəzinə dialoqu seçdikdə bitir: "Bu seçim hələ də mövcuddur və o, məhz indi edilməlidir".

Əlaqəli Xəbərlər