Argentina İranın müvəqqəti işlər vəkilini arzuolunmaz şəxs elan edib
Operativ Media
Argentina hökuməti İranın Buenos-Ayresdəki müvəqqəti işlər vəkilini arzuolunmaz şəxs elan edib.
Operativ Mediaxəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın müvəqqəti nümayəndəsi Möhsən Soltani Tehrani Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq “persona non grata” elan olunub və ona ölkəni 48 saat ərzində tərk etmək tapşırılıb.
Bu qərar İran XİN-in Argentinanın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına qarşı çıxış etməsinə cavab olaraq qəbul edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma