Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə təyyarəsində heç bir xarici müdaxilə aşkar edilməyib
Şəfa Hüseynli
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli Türkiyə hərbi yük təyyarəsi ilə bağlı Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hazırlanan jandarmanın məhkəmə-tibbi ekspertiza rəyinə görə, təyyarədə heç bir xarici müdaxilə və ya partlayıcı maddə əlamətləri aşkar edilməyib.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qəza yerində sübutların toplanması, dağıntıların araşdırılması və şahid ifadələrinin alınmasını əhatə edən istintaqda ikitərəfli müqavilələr çərçivəsində beynəlxalq prosedurlara əməl edilib.
Qeyd edək ki, 11 noyabr 2025-ci ildə Gürcüstanın Kaxeti bölgəsində qəzaya uğrayan və 20 əsgərin şəhid olması ilə nəticələnən Hərbi Hava Qüvvələri Komandanlığına məxsus "68-1609" quyruq nömrəli C-130 təyyarəsi ilə bağlı istintaqı davam etdirilir.