Menyu

İsrail İrana vurduğu zərbələri açıqlayıb

Operativ Media
İsrail İrana vurduğu zərbələri açıqlayıb

İsrail Müdafiə Ordusu İranın qərb və mərkəzi rayonlarına 70-dən çox zərbə endirərək, ballistik raketlərin buraxılış qurğularını və pilotsuz uçuş aparatlarını vurub.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hərbi Hava Qüvvələri hərbi kəşfiyyatın məlumatlarına əsaslanaraq ötən sutka ərzində İranın mərkəzi və qərb hissəsinə 70-dən çox zərbə endirib, İranın onlarla obyektini vurub", - bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, vurulan infrastruktur obyektləri arasında İsrail üçün təhlükə yaradan ballistik raket komplekslərinin saxlandığı buraxılış qurğuları, SEPAH-ın Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatlarının saxlandığı obyektlər və hava hücumundan müdafiə obyektləri var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər