Menyu

Tramp "Alkatraz"ın bərpası üçün Konqresdən 152 milyon dollar istəyir

Operativ Media
Tramp "Alkatraz"ın bərpası üçün Konqresdən 152 milyon dollar istəyir

ABŞ Prezidenti Donald Tramp 2027-ci il büdcə təklifində San-Fransisko körfəzində yerləşən Alkatraz həbsxanasının bərpası üçün Konqresdən 152 milyon dollar ayırmağı xahiş edib.

Operativ Media  xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, bu addım 2025-ci ildə irəli sürülmüş təşəbbüsün həyata keçirilməsi istiqamətində ilk konkret mərhələdir və “qocalmış həbsxanaların” modernləşdirilməsi planının bir hissəsidir.

Bununla belə, layihə çətinliklərlə üzləşir. Alkatraz hazırda məşhur turizm məkanıdır və uzun illər istifadəsiz qaldığı üçün infrastrukturu yararsız vəziyyətdədir. San-Fransisko şəhər rəhbərliyi də həbsxananın yenidən açılmasını məqsədəuyğun hesab etmir.

Əlaqəli Xəbərlər